İtaliyada rekord sayda insan koronavirusdan sağaldı

İtaliyada son sutka ərzində yeni növ koronavirus səbəbi ilə ölənlərin sayı əvvəlki günlə (604 nəfər) müqayisədə bir qədər azalaraq 542 nəfər olub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu məlumatları İtaliyanın Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrelli verib.
Onun sözlərinə görə, epidemiyanın başlanğıcından bəri koronavirus qurbanlarının ümumi sayı İtaliyada 17,6 min nəfərdən çoxdur.
Virusa yoluxanların sayı son sutkada öncəki günlə (880) müqayisədə artaraq 1 195 nəfər təşkil edib. Eyni zamanda, ölkədə son sutkada rekord sayda insan – 2 099 nəfər koronavirusdan sağalıb. Sağalanların ümumi sayı isə 26 491 nəfərə çatıb.
A.Borrelli qeyd edib ki, hazırda İtaliyada 95 262 nəfər virusa yoluxub. Epidemiyanın başlamasından bəri yoluxmuş insanların sayı sağalmış və ölmüş insanlar da daxil olmaqla 139 422 nəfər olub.
İtaliya KİV ölkədə koronavirusdan ölən həkimlərin sayının 96 nəfərə çatdığını yazıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Husilərdən Səudiyyə Ərəbistanının Aramco şirkətinə hücum
32 azərbaycanlı Almaniyadan geri qaytarıldı
Ukrayn zərbələri Yandeksin data mərkəzlərinə zərbə vurub
Səudiyyə Ərəbistanı Husi hücumları səbəbindən uçuşları dayandırır
Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində itkilər