İt öz həyatı bahasına uşaqları xilas etdi
ABŞ-ın Florida ştatında Zevs adlı doqquz aylıq pitbul iki uşağı zəhərli ilandan xilas edərkən ölüb.
Bu barədə “CNN” məlumat yayıb.
Cina Riçardson itin 10 yaşlı oğlu Oraylın oynadığı darvazanın yanında nəyəsə hücum etdiyini görüb. Oğlan əvvəlcə bunun ip olduğunu düşünüb. Lakin it ona yaxınlaşmağa imkan verməyib. Zevs qəfildən qarnı üstə yerə uzanıb və qalxmayıb.
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Uşaq iti çevirəndə ilan görüb. Məlum olub ki, bu, iti dörd dəfə dişləyən zəhərli mərcan ilanıdır. Zevs ilanın başını dişləyib udub. İti baytara aparıb ona zəhər əleyhinə vaksin vursalar da, dərman təsir etməyib. İt bir gün sonra, Oraylın ad günündə ölüb.
Riçardson bütün ailənin kədərli olduğunu və Zevsə daim minnətdar olacağını bildirib:
“Əgər it olmasaydı, yəqin ki, övladlarımdan birini itirəcəkdim”.(oxu.az)

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək