İsveçrənin Rusiyadakı səfirinin adı təcavüz qalmaqalında
İsveçrənin Rusiyadakı səfirliyinin Natalya adlı əməkdaşı Daxili İşlər Nazirliyinin İstintaq Komitəsinə müraciət edərək səfir İva Rosseni təcavüzə cəhddə ittiham edib.
“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, qadının sözlərinə görə, diplomat 2018-ci ildə Futbol üzrə Dünya Çempionatı zamanından ona qarşı fərqli münasibət göstərməyə başlayıb. Onlar hətta Rostov- na-Donda olarkən Rosse mehmanxanada onun qaldığı otağa zorla girib. Natalya səfiri otaqdan güclə çıxardığını, növbəti gün isə İvanın heç bir şey olmamış kimi davrandığını bildirib.
Zorakılığına davam edən Rosse daha sonra qadını işdən çıxarıb. Hətta onun maaşı da tam ödənilməyib.
Bütün bu ittihamların qarşılığında səfirlik Natalyaya qarşı dələduzluq və saxta sənədlər ittihamı ilə cinayət işi açılması üçün polisə müraciət edib. Onlar qadının ittihamlarının əsassız olduğunu bildiriblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şahzadənin həyat yoldaşı biabır oldu - Fotolar
Makron: Britaniya Brexitdən imtina edə bilər
Qonşu ölkədə yeni doğulan körpəni xəstəxanada anasına vermədilər...
Polis canlı yayımda etirazçını güllələdi - VİDEO
"Kurtlar vadisi" bu kanalda yayımlanacaq
Donald Tramp: “Koronavirusu “sürü mentaliteti” ilə məğlub edəcəyik”