İstiqlal Marşını oxuyub 1 milyon qazandı: "Bütün pulumu..." - VİDEO
Türkiyənin ATV telekanalında yayımlanan “Kim Milyoner Olmak İster?” proqramında 19 yaşlı Arda Ayten adlı iştirakçı 1 milyon türk lirəsini qazanmağa müvəffəq olub.
“Minval.info” xəbər verir ki, burada diqqət çəkən məqam isə Ardaya ünvanlanan sonuncu sual olub. Ondan Türkiyənin İstiqlal Marşında (dövlət himni) təklif olunan dörd cavabdakı sözlərdən (“Vətən”, “qan”, “torpaq”, “yurd”) hansının digərlərindən daha az istifadə olunduğu soruşulub.
Bu suala doğru cavab vermək üçün 19 yaşlı iştirakçı İstiqlal Marşını dəfələrlə əzbərdən söyləyib və doğru cavabı tapıb. 1 milyon türk lirəsini qazanan gənc sevinc göz yaşlarına boğulub.
Yarışmadan sonra qazandığı pulları nə edəcəyi ilə bağlı suala cavab verən 19 yaşlı gənc deyib ki, daha çox oxuyacaq: “Bu günə qədər etdiyim və etmək istədiklərim var. Bu pullar onların sürətlənməsinə köməklik edəcək. Daha çox kitab oxuyacağam, bəzi kitabları özüm çap etdirəcəyəm. Bacardığım qədər dil öyrənəcəyəm və ömrümün sonuna qədər oxuyacağam. Bəlkə də tələbə oluraq öləcəyəm”.
Qeyd edək ki, İstiqlal Marşının sözləri Məhməd Akif Ərsoya, musiqisi isə Osman Zəki Üngörə məxsusdur.
https://www.youtube.com/watch?v=6vQcyT_YiPc
https://www.youtube.com/watch?v=cCWF6rbnUYI
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Husilərdən Səudiyyə Ərəbistanının Aramco şirkətinə hücum
32 azərbaycanlı Almaniyadan geri qaytarıldı
Ukrayn zərbələri Yandeksin data mərkəzlərinə zərbə vurub
Səudiyyə Ərəbistanı Husi hücumları səbəbindən uçuşları dayandırır
Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində itkilər
