İstanbulda maska taxmayanlar 900 lirə cərimələnəcək
Türkiyənin İstanbul şəhərində tibbi maska taxmayanlar 900 lirə (təxminən 223 AZN) məbləğində cərimə ediləcək.
“Report” xəbər verir ki, məlumatı “Haberler” yayıb.
Bildirilib ki, əvvəllər fərqli cərimə məbləği mövcud olub. Bu fərqi aradan qaldırmaq üçün İstanbul şəhəri Ümumi Gigiyena Məclisi vahid cərimə məbləği müəyyənləşdirib. İyunun 18-də verilən qərara əsasən, İstanbulda maska taxmayanlar 900 lirə məbləğində cərimələnəcək. Qərar iyunun 19-dan qüvvəyə minib.
Qeyd edək ki, koronavirusa görə Türkiyənin 48 şəhərində maska taxmaq məcburidir. Buna əməl etməyənlər müxtəlif bölgələrdə fərqli məbləğdə cərimələnir.
Xatırladaq ki, son sutkada Türkiyədə koronavirusa 1 304 yoluxma faktı qeydə alınıb, 21 nəfər ölüb. İndiyə qədər ölkədə 184 031 nəfər COVID-19-a yoluxub, 4 882 nəfər pandemya qurbanı olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ
Bir universitetin 5 tələbəsi fərqli məkanlarda öldü