İstanbulda dənizdə boğulan iki türkü xilas edərkən özü ölən liviyalı hafizin faciəli həyatı
İstanbulda Arnavutköydə ailəsiylə piknikə gedən liviyalı alim Abduləzim Alfaravi dənizdə boğulan iki Türkiyə vətəndaşını xilas edərkən boğulub.
Qiyamçı general Haftar tərəfindən həbs olunan və igəncələrə məruz qalan 8 uşaq atası Alfaravinin həyatı faciə ilə bitib.
Gəncləri xilas edərkən xəstə olan bədəni yorğun düşüb. Daxili qanaxma keçirən Alfavarini xilasedicilər sahilə çıxara bilib. İlkin tibbi yardımdan sonra xəstəxanaya çatdırılan alimin həyatını xilas etmək mümkün olmayıb.
Alfaravinin Liviyadan Türkiyəyə uzanan həyat hekayəsində ilginc detallar var.
Alfaravi Bingazidə anadan olub. 49 yaşında idi. Dənizçilik fakültəsindən məzun olduqdan sonra gəmi kapitanı olaraq uzun müddət çalışıb.
Quran hafizi, din alimi və xatibidir. 2011-ci ildə Liviyada baş verən inqilabda mühüm rol oynayıb. İnqilablar zamanı minlərlə liviyalı onun vəzini dinləmək üçün axışıb.
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Alfavari, 2014-cü ildə Liviyada çevriliş cəhdinə qalxan, sonrakı illərdə 6 Türkiyə dənizçisini qaçıran qiyamçı general Haftar tərəfindən həbs edilib. Yeddi ay igəncələrə məruz qaldıqdan sonra səhhəti getdikcə ağırlaşıb. Bu səbəbdən 2015-ci ilin mayında həbsdən azad olunub.
Bundan sonra doğma vətənindən uzaqlaşmaq məcburiyyətində qalıb. Liviyadan Türkiyəyə müalicə olunmaq üçün gəlib.
Türkiyəyə yerləşib liviyalılara təhsil verən məktəblərdə dərs deyirdi, Türkiyə vəqflərinə hafizlik məsələlərində dəstək verirdi.
Bir müddət öncə qaraciyər köçürülməsinə ehtiyacı olan bir liviyalının yardımına yetişməkdə tərəddüd etməyib. Həmin xəstəyə donorluq etdikdən sonra səhhətindəki problemlər daha da ağırlaşsa, sonra toparlana bilib.
Gənclik illərindən bəri gəmi kapitanlığında və dənizçilikdə təcrübəli olan Alfavarini əcəl iki türkiyəli gənci xilas etdiyi sahildə yaxalayıb. /// Avropa.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək