İstanbulda azərbaycanlı qızın sevgilisi ilə eks-sevgilisi dalaşdı - Video
İstanbulun Esenyurt qəsəbəsində kafelərdən birində azərbaycanlı Gülsurə A.-ya görə silahlı insident yaşanıb.
“Qafqazinfo”nun “dha.com.tr” saytına istinadən verdiyi xəbərə görə, Gülsurə A. sevgilisi Caner K. və dostları ilə birlikdə kafeyə gedib. Məkanda qadının keçmiş sevgilisi Sərdar A. da olub. Üz-üzə gələn tərəflər arasında dava baş verib.
Davalarını küçədə davam etdirən Caner öncə Sərdarı yumruqlayıb, daha sonra dostundan aldığı silahla döyərək ona xəsarət yetirib.
Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım avtomobilləri də cəlb edilib.
Yaralı şəxs xəstəxanaya yerləşdirilib, iki sevgili isə saxlanılıb. Onların üzərinə baxış keçirilərkən Canerdən 1 silah götürülüb. Eləcə də Gülsurənin alt paltarında gizlətdiyi silah ələ keçirilib.
Hər iki şəxs polis şöbəsində dindirildikdən sonra məhkəmə nəzarəti ilə sərbəst buraxılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Husilərdən Səudiyyə Ərəbistanının Aramco şirkətinə hücum
32 azərbaycanlı Almaniyadan geri qaytarıldı
Ukrayn zərbələri Yandeksin data mərkəzlərinə zərbə vurub
Səudiyyə Ərəbistanı Husi hücumları səbəbindən uçuşları dayandırır
Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində itkilər