İsrailin ilk gey naziri
Benyamin Netanyahu onu rüşvət və dələduzluq ittihamından qoruyan şəxsə üstünlük verdi
“BBC” xəbər verir ki, İsrail tarixində ilk dəfə rəsmən gey olduğunu etiraf edən şəxs – Amir Ohana Baş Nazir Benyamin Netanyahu tərəfindən ədliyyə naziri təyin olunub.
43 yaşlı yeni nazir Benyamin Netanyahunun Likud Partiyasının üzvüdür. O, Baş Nazirə yaxınlığı ilə tanınır. Bəllidir ki, Benyamin Netanyahunun rüşvət və dələduzluqda ittiham olunur. Düzdür, o, bütün ittihamları rədd edir. Ancaq yaxın aylarda bu məsələnin istintaqında yeni və daha ciddi dönəm başlayacaq. O da məlumdur ki, Amir Ohana Baş Nazirə yönəlmiş ittihamların aradan qaldırılması üçün hüquqi müstəvidə xeyli səy göstərib.
Hazırda İsrail parlamenti özünü buraxıb və sentyabrda keçiriləcək yeni seçkilərə hazırlıq gedir. Benyamin Netanyahu yeni hökuməti təşkil edə bilmədi, çünki parlament ona yetərincə dəstək vermədi.
Amir Ohana geylərin hüquqlarının müdafiəçisi kimi tanınır və eyni cinsdən olan cütlüklərin evlənməsi üçün çalışır. Hazırda İsraildə eyni cinsdən olan insanların evlənməsi yasaqdır. Bu fikridə olanlar buna qanunla icazə verən ölkələrə üz tutur.
“BBC” vurğulayır ki, bu kimi şeylər gücü ilə seçilən ultra-mühafizəkar yəhudi cəmiyyəti tərəfindən rədd edilir Ancaq İsrail hökuməti isə yerli gey cəmiyyətinə xoş münasibət bəsləyir və həmin cəmiyyət qanunla müdafiə olunur.
Britaniya radiosu xatırladır ki, ötən il Təl-Əviv yaxınlığındakı şəhərin valisi də rəsmən gey olduğunu etiraf etmişdi. Bundan başqa, İsrail parlamentində də bir neçə gey var.
musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yaponiyada ilk dəfə “amansız isti gün” xəbərdarlığı verildi
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür