İsrail ordusundan Qəzzada əməliyyat: Üç təhlükəli planın qarşısı alındı
İsrail ordusu Qəzza zolağında həyata keçirilən əməliyyat zamanı üç silahlı qruplaşma üzvünün öldürüldüyünü elan edib. Bu şəxslərin HƏMAS, “İslam ordusu” və Fələstinin “İslam cihadı” təşkilatlarına bağlı olduğu bildirilib.
Minval.info xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (İMQ) tərəfindən yayılan məlumatda, əməliyyatın İsrail hərbçilərinə qarşı planlaşdırılan hücumların qarşısını almaq məqsədilə keçirildiyi vurğulanıb.
Əməliyyat nəticəsində HƏMAS-ın Qəzza zolağının şimalında yerləşən “Cəbaliyə” batalyonunun komandiri Əhməd Xudar, “İslam ordusu” qruplaşmasının üzvü İmad Xamis Taram və “İslam cihadı” təşkilatının üzvü Həsən İbrahim Şəhadə Kəhmanın zərərsizləşdirildiyi bildirilib. İsrail tərəfi bu şəxslərin ölkənin hərbçilərinə və mülki vətəndaşlarına qarşı hücumlar planlaşdırdığını iddia edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dünya liderləri Türkiyədə: COP31 diplomatiya trafiği ilə davam edir
ABŞ-ın diplomatik səyləri fonunda Rusiya və Ukrayna arasında gərginlik artır
Estoniya Ukraynaya milyonlarla avro ayırır: Pullar nəyə xərclənəcək?
Dehlidə hava çirkliliyi "şiddətli" səviyyədə qalır
ABŞ-da casusluq skandalı: Ticaret naziri vəzifədən alınacaq?
ABŞ-da Demokratlar üstünlük əldə etdi