İspaniya La Liqası: "Vilyarreal" - "Barselona" matçında 8 qol vurulub - VİDEO
Futbol üzrə İspaniya La Liqasında XXX turun “Vilyarreal” – “Barselona” matçında qapılara 8 qol vurulub.
“Report”un məlumatına görə, 4:4 hesablı heç-heçə ilə nəticələnən görüşdə topların 3-ü ilk yarıya təsadüf edib.
“El Madriqal” stadionundakı qarşılaşmada hesabı 12-ci dəqiqədə Filippe Koutinyo açıb. Bundan 4 dəqiqə sonra Malkon “Barsa”nın üstünlüyünü iki topa çatdırıb. 23-cü dəqiqədə Samuel Çukveze fərqi azaldıb.
50-ci dəqiqədə isə Toki Ekambi bərabərlik qolunu vurub. 62-ci dəqiqədə Visente İborra “Vilyarreal”ı hesabda önə çıxarıb. 80-ci dəqiqədə isə Karlos Bakka komandasının 4-cü qolunu vurub.
“Barselona” məğlubiyyətdən 86-cı dəqiqədə meydan sahiblərindən Alvaro Qonsalesin qovulmasından sonra xilas olub. Lionel Messi 90-cı, Luis Suares 90+3-cü dəqiqədə fərqlənib.
Bu nəticədən sonra “Barselona” 70 xalla 1-ci, “Vilyarreal” 30 xalla 17-ci pillədə qalıb.
https://youtu.be/_yBda8ve7pk
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Qarabağ"ın növbəti rəqibi məlum oldu
Çempionlar Liqası: PSG "Atalanta"nın hissləri ilə oynadı - VİDEOİCMAL
“Qarabağ”la bağlı qərar açıqlandı
“Səbail”in ulduzuna transfer təklifi – 500 min avro…
Bakıda Avropa çempionatı başlayır
"Bakıdakı oyunda meydança qorxunc idi" - Skott Braun