İŞİD Suriyada ABŞ və Avropa vətəndaşlarını girov götürdü
İŞİD terror təşkilatı Suriyada ABŞ və Avropa vətəndaşlarını girov götürüb.
Avropa.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Valday” klubunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, İŞİD Suriyada bir neçə ABŞ və Avropa ölkələrinin bir neçə vətəndaşını girov götürüb: “Bizdə belə məlumatlar var. Lakin heç nə olmamaış kimi hamısı susur, sakitlik hökm sürür”.
RİA-Novosti isə xəbər verir ki, İŞİD həmin girovları nəzarətində olan Suriyanın Deyr əz-zor əyalətindəki Haci yaşayış məntəqəsində saxlayır.
İŞİD girovluğunda 750-dən artqı insanın olduğu və bunların arasında Qərb ölkələrinin və digər ölkələrin də vətəndaşlarının olduğu bildirilir.
RİA-Novostinin verdiyi xəbərə əsasən, İŞİD terrorçuları bu girovlar vasitəsi ilə PKK/YPG terrorçularına qarşı ultimatum irəli sürərək, vaxtilə onların nəzarətində olan Fərat çayının şərqindəki ərazilərdən geri çəkilməyi tələb edirlər. Onlar YPG terrorçularına təzyiq vasitəsi kimi hər gün həmin girovlardan birini güllələyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!
Körfəz ölkələrində ABŞ-a etimad sarsılır: Səbəblər nədir?
Naftalanda özbək turist ürək çatışmazlığından öldü
Qızıl bahalaşdı: Neft ucuzlaşdı, FES qərarı təsir etdi
FES faiz artımına davam edəcək: İnflyasiya hədəfdə