İş adamı federasiyanı boykot etdi - Klub dağıldı
Xəbər verdiyimiz kimi, ötən gün futzal üzrə Yüksək Liqada 22-ci turun son oyununda “Yasamal” MFK – “Araz” klublarının görüşü keçirilməli idi. Amma “Yasamal” MFK təyin olunan vaxtda meydana çıxmadığı üçün qarşılaşma baş tutmayıb.
Minval.info unikal.org-a istinadən xəbər verir ki, klubun bu addımı atmasına səbəb maliyyə problemi yaşaması və federasiyanı baykot etməsidir.
Məlumatda bildirilir ki, klubun rəhbəri, kiçik bizneslə məşğul olan iş adamı Orxan Allahverdiyevi hələ yanvar ayında Azərbaycan Futzal Federasiyasının rəhbəri (AFF) Zaur Axundova müraciət edib. Ancaq qurumdan onlara konkret cavab verilməyib.
Klub da öz növbəsində AFF-dan dəstək almadığına görə, baykot etmək niyyətinə düşüblər və son matça çıxmayıblar.
Ancaq dünən federasiyadan Orxan Allahverdiyevə bildirilib ki, onlara kömək edəcək büdcələri yoxdur.
Bu danışıqdan sonra O.Allahverdiyev klubu dağıtmaq fikrinə düşüb və daha fəaliyyət göstərməkimkanları olmadığını bildirib.2014-cü ildən fəaliyyət göstərən “Yasamal” MFK 4 ilə yaxındır ki, Yüksək Liqada çıxış edib. Klubun əsasını legionerlər təşkil edirdi.
Maaş ala bilməyən legionerlərin bəziləri Bakını tərk edərək ölkələrinə qayıdıblar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
YAP sədrinin müavini: “Azərbaycan sabitlik adasına çevrilib”
Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadıldı
Azərbaycanda yeni doğulan uşaqlara 300 AZN veriləcək
Ləğv olunan qadağaların tam siyahısı - Video
Azərbaycanda əhalini aldadan tikinti şirkətlərinin adları - SİYAHI
Sahil Babayev Qarabağ əlillərini qəbul etmir