İraqda İŞİD-in altı üzvü məhv edilib
İraq Hərbi Hava Qüvvələri paytaxt Bağdad şəhərinin qərbində İŞİD terror qruplaşmasının 6 silahlısını məhv edib.
Minval.info xəbər verir ki, bu barədə “Shafaq News” xəbər portalı respublikanın təhlükəsizlik orqanlarının bəyanatına istinadən məlumat yayıb.
Qeyd olunub ki, ordu tərəfindən reydlər Ənbar vilayətinin səhra ərazilərindən birində həyata keçirilib.
Radikal qruplaşmanın üzvləri beynəlxalq koalisiyanın kəşfiyyat təyyarəsi tərəfindən izlənilib, bundan sonra alınan məlumat əsasında İraq Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları ekstremistlərin gizləndiyi ərazini bombalayıb. Hava hücumundan sonra əraziyə ordu birləşmələri göndərilib, onlar ərazidə digər terrorçuların olub-olmamasını və sığınacaqları yoxlayıblar.
Bundan əlavə, ötən gün İraq hərbi aviasiyası Səlahəddin və Kərkük əyalətlərində İŞİD-in mövqelərinə hücum edərək, silah, sursat və texnikanın olduğu böyük anbarı məhv edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!
Körfəz ölkələrində ABŞ-a etimad sarsılır: Səbəblər nədir?
Naftalanda özbək turist ürək çatışmazlığından öldü
Qızıl bahalaşdı: Neft ucuzlaşdı, FES qərarı təsir etdi
FES faiz artımına davam edəcək: İnflyasiya hədəfdə