İraqda etirazların iki ayı ərzində 400-dən çox insan həlak olub
İraqda oktyabrın əvvəlindən davam edən etirazların gedişatında 400-dən çox insan həlak olub.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının iclasında baş katibin bu ölkə üzrə xüsusi nümayəndəsi Janin Hennis-Plasshart bildirib.
Onun sözlərinə görə, aksiyalar zamanı 19000-dən çox insan xəsarət alıb.
“Oktyabrın başlanğıcından 400-dən çox insan öldürülüb və 1900-dən çox insan xəsarət alıb”, – deyə Hennis-Plasshart bildirib.
Nümayəndə qeyd edib ki, qətllərə və dinc asayişçilərin şikəst edilmələrinə bəraət qazandırmaq olmaz.
Hennis-Plasshartın sözlərinə görə, BMT-nin müşahidələrinə əsasən İraqda əvvəlki kimi aksiyaçıları güllələyir, gözyaşardıcı qazdan təyinatı üzrə istifadə etmirlər, bu da əlilliyə və ya ölümlərə səbəb olur.
“Həbslər, saxlanılmalar oğurluqlar, təhdidlər və qorxutmalar kimi davam edir”, – o qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Koronavirusla bağlı dünyada SON VƏZİYYƏT
Ukrayna polisi “Kalaşnikov”dan imtina edir
Kamal Sunalı əsgərliyə zorla aparıblar - ETİRAF
İsrail ordusu Qəzzada keçirilən sülh aksiyalarına hava hücumu edib
Trampdan 3-cü dünya müharibəsi xəbərdarlığı - VİDEO
“Xərçəng”in əsas yaranma səbəbləri açıqlandı
“Müharibəni dayandırmağın yeganə yolu budur” - Kuleba