İran XİN: Britaniya tez zamanda neft tankerini azad etməlidir
“Böyük Britaniya tez bir zamanda İranın neft tankerini azad etməlidir”.
APA-nın Tehran bürosunun xəbərinə görə, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Abbas Musəvi deyib.
O bildirib ki, ötən bir həftə ərzində Böyük Britaniyanın Tehrandakı səfiri İran neft tankerinin saxlanılması ilə əlaqədar 4 dəfə XİN-ə çağırılıb: “Dəfələrlə demişəm ki, bu gəmi supertanker olduğu üçün Suriya limanında yanalma potensialına malik deyil. Britaniyaya bu sualı vermək istərdim ki, məgər İrana qarşı Avropa İttifaqı tərəfindən sanksiya tətbiq olunub?”.
A. Musəvinin sözlərinə görə, həm sənədlər, həm də Böyük Britaniya rəsmilərinin ziddiyyətli çıxışları göstərir ki, rəsmi Londonun hüquqi baxımdan söykənəcəyi bir yer yoxdur: “Onlar yalnız ABŞ-ın təsiri altına düşərək bu təhlükəli və sonu görünməyən oyuna daxil olublar”.
Qeyd edək ki, bu günlərdə Böyük Britaniya hərbi gəmiləri tərəfindən Cəbəllütariq boğazında İrana məxsus neft tankeri saxlanılıb. İran prezidenti Böyük Britaniyanın bu addımının cavabsız qalmayacağını vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ