İran üzərində qara buludlar cəmlənib: ABŞ regiona on minlərlə hərbçi göndərir
Pentaqon İranla baş verən gərginlik fonunda Ağ Evə Yaxın Şərqə əlavə hərbçi göndərmək barədə plan təqdim edib.
Minval.info Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, söhbət regiona on minlərlə ABŞ hərbçisinin göndərilməsindən gedir. “Fox News” xəbər verir ki, planda “Patriot” zenit komplekslərinin yerləşdirilməsi və hərbi gəmilərin göndərilməsi də nəzərdə tutulub.
Qeyd edilir ki, məsələ ilə bağlı yekun qərar hələ qəbul olunmayıb və Ağ Evin Pentaqonun planını, tamamilə və ya qismən təsdiqləyəcəyi aydın deyil.
Xatırladaq ki, mayın əvvəlində Birləşmiş Ştatların prezidenti Donald Tramp İrana qarşı neft sanksiyalarından istisnanı nəzərdə tutan qərarı uzatmaqdan imtina edib. Bu qərar İranın neft ixracını sıfıra endirməyə hədəflənib.
Ötən il Birləşmiş Ştatlar birtərəfli qaydada İranla bağlanan nüvə sazişindən çıxıb və yenidən rəsmi Tehrana qarşı sanksiyalar tətbiq edib. Lakin bir sıra ölkələrə – Çin, Hindistan, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyəyə qarşı müəyyən müddət üçün istisnalar tətbiq olunmuşdu.
İran isə neft ticarətinə maneələr yaradılacağı təqdirdə Fars körfəzini neft ticarəti üçün bağlayacağını bildirib.
Buna cavab olaraq isə ABŞ hərbi gəmiləri Fars körfəzinə daxil olub. Aviasiyadaşıyıcı zərbə qrupuna “Abraham Lincoln” gəmisi başçılıq edir. Körfəzdə hazırda idarə olunan raket silahları ilə təchiz olunmuş “Arleigh Burke” sinfindən iki eskadrilya minadaşıyıcısı var. BƏƏ sahilləri yaxınlığında universal desant gəmisi “Kearsarge” yerləşir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ
Bir universitetin 5 tələbəsi fərqli məkanlarda öldü