İran uranın zənginləşdirilməsini sürətləndirəcək
İran iyunun 27-dən sonra uranın zənginləşdirilməsini sürətləndirəcək.
“Report” IRIB-yə istinadən xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının (İAET) nümayəndəsi Bəhruz Kamalvandi bildirib.
Onun sözlərinə görə, zənginləşdirilmiş uran ehtiyatları əhəmiyyətli dərəcədə artıb və iyunun 27-də 300 kq-dan çox olacaq.
İAET nümayəndəsi qeyd edib ki, avropalılar Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) çərçivəsində öhdəliklərini yerinə yetirə bilmir və ya bunu istəmirlər, lakin Avropanın nüvə sazişini qorumaq üçün hələ də şansı var.
Qeyd edək ki, nüvə sazişinə əsasən, İran zənginləşdirilmiş uranın həcmi 300 kq-dan artıq olarsa, artıq hissəni digər ölkələrə ixrac etməlidir. Amma iyunun 17-də İran tərəfi hazırkı vəziyyətdə bu şərtləri yerinə yetirməyə borclu olmadığını, 10 gün sonra isə zənginləşdirilmiş uranla bağlı məhdudiyyətlərin aradan götürüləcəyini açıqlayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək