İran Trampı “İnterpol” xətti ilə axtarışa verib
İranlı general Qasım Süleymaninin ölümündə təqsirləndirilən 36 nəfər, o cümlədən ABŞ Prezidenti Donald Tramp barəsində “İnterpol” xətti ilə axtarış elan edilib.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə Tehran şəhər prokuroru Əli Əlqasi bildirib.
Onun sözlərinə görə, 36 nəfər barəsində Q. Süleymaninin ölümündə birbaşa iştirak, əmr vermək və yardım etmək ittihamı ilə cinayət işi başlanılıb və təqsirləndirilən şəxslər “İnterpol”un qırmızı bülleteni ilə axtarışa verilib.
Tehran şəhər prokuroru qeyd edib ki, siyahıda ABŞ Prezidentinin adı birinci gəlir və D. Trampın prezidentlik müddəti başa çatdıqdan sonra da axtarış davam etdiriləcək.
Xatırladaq ki, yanvar ayında Bağdad hava limanının raket zərbələrinə məruz qalması nəticəsində SEPAH-ın “Qüds” briqadasının komandanı, general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi