İran koronavirusla mübarizəyə silahlı qüvvələri cəlb edəcək
“İran silahlı qüvvələri koronavirusla mübarizəyə cəlb ediləcək. Tehran minimal itkilərlə bunun öhdəsindən gəlməyə çalışacaq”.
“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İran Prezidenti Həsən Ruhani bildirib.
“Bütün dövlət qurumları, silahlı qüvvələr, ictimai təşkilatlar xalqın sağlamlığı üçün lazımi tədbirləri görəcək. Biz ən az itki ilə xəstəliyə ən qısa müddətdə nəzarət etmək istəyirik”, – deyə Ruhani bəyan edib.
Qeyd edək ki, İranda bu günə qədər 43 koronavirus infeksiyası qeydə alınıb, onlardan 8-i ölümlə nəticələnib. Rəsmi qurumlar virusa yoluxma (Qum şəhərində) barədə ilk dəfə fevralın 19-da məlumat veriblər.
Həkimlərin sözlərinə görə, yoluxanların əksəriyyəti ya şəhər sakinləridir, ya da İrana səfər edənlərdir. Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə ölkənin bir neçə əyalətindəki təhsil müəssisələri bağlanıb, mədəniyyət tədbirləri də ləğv edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Saakaşvilidən Kiyev şəhəri ilə bağlı inanılmaz təklif
Poroşenko Putinin Krım səfərinə reaksiya verdi
Trampdan Çinə qarşı “ticarət müharibəsi”-ni qızışdıracaq addım
Prezident İlham Əliyev 50 milyon manata yaxın pul ayırdı - SƏRƏNCAM
Damlanın əsir düşən hərbçimizlə görüntüsü yayıldı - FOTO
Nəcməddin Sadıkovun həbsinə hazırlıq gedir - O da qətldə ittiham olunur