İran ABŞ-la danışıqlar üçün şərtləri açıqladı
İran ABŞ yalnız Tehrana qarşı tətbiq etdiyi sanksiyaları qaldırıb, nüvə sazişi üzrə öhdəliklərinin icrasını davam etdirəcəyi təqdirdə Vaşinqtonla danışıqlar barədə düşünə bilər.
“Reuters” agentliyinin məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani bildirib.
“Danışıqlar üçün qapılar bağlı deyil. ABŞ sanksiyaları ləğv etməli və razılaşmaları yerinə yetirməlidir”, – deyə Ruhani bildirib.
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Bundan əvvəl Donald Tramp (mayın 27-də) İslam Respublikasının danışıqların aparılması istəyini ifadə edəcəyi təqdirdə, Vaşinqtonun Tehranla danışıqlar prosesinə razılaşacağını dilə gətirmişdi. O, “qorxulu şeylərin baş verməsini” hamıdan az arzuladığını bildirmişdi.
Mayın 26-da İraq XİN rəhbəri Məhəmməd Əli Əl-Hakim iranlı həmkarı Cavad Zərifə Birləşmiş Ştatlarla İran arasında danışıqlara vasitəçilik etməyi təklif etmişdi.(oxu.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək