İran ABŞ-a xəbərdarlıq edib
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran XİN-in sözçüsü Abbas Musəvi deyib.
İranın “Grace 1” tankeri ilə bağlı İranın İsveçrənin Tehrandakı səfirliyi vasitəsilə ABŞ-a xəbərdarlıq etdiyini bildirən A.Musəvi deyib ki, ABŞ-ın gəminin saxlanılmasına dair qərarı qanunsuzdur: “İran rəsmi yollarla, xüsusi ilə İsveçrənin Tehrandakı səfirliyi vasitəsilə ABŞ rəsmilərinə lazımi xəbərdarlıq edib ki, bu səhv addımı atmasınlar. Çünki bunun yaxşı nəticələri olmayacaq”.
İranın Çabahar limanının Rusiyaya icarəyə verilməsinə dair yayılan xəbərlərə münasibət bildirən A.Musəvi deyib ki, bu, qərəzli xəbərdir. “Bu kimi xəbərlərin yayılmasına təəccüb edirəm. İran öz ərazi bütövlüyü və hakimiyyətinə ehtiram qoyur. İkitərəfli əməkdaşlıq çərçivəsində hərbi təlimin keçirilməsi təbiidir. Bir-birimizin imkanlarından və şəraitindən istifadə edirik. Bu xəbər qərəzlidir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
