İrəvanın meri “könüllü dəstə” yaratdı - Qarabağa döyüşə gəlir
Nikol Paşinyanın xalqı silahlanmağa çağırmasından sonra paytaxt İrəvanda və Ermənistanın bütün vilayətlərində könüllü dəstələrin yaradılmasına başlanılıb.
Musavat.com erməni mediasına istinaədn xəbər verir ki, İrəvan meri Ayk Marutyan da baş nazirin çağırışına qoşularaq “könüllü dəstəyə” rəhbərlik etməyə qərar verib. Bu barədə merin mətbuat katibi Akop Karapetyan açıqlama yayıb.Ermənistan mediasının məlumatına görə, artıq Lori. Tavuş və digər vilayətlərdə Qarabağda döyüşmək üçün “könüllü dəstələr“ yaradılıb.
Beləliklə, terrorçu Ermənistanın baş naziri hakimiyyətini qorumaqdan ötrü bütün erməniləri qırğına verməkdə israr nümayiş etdirməkdədir. Qarabağda məhv edilmiş ermənilərin meyitlərini yığışdırıb aparmaqdan belə, imtina edən Paşinyan “könüllü” adı altında əhalini silahlandırıb, özlərinin də etiraf etdiyi kimi, Ermənistan ordusundan 12 dəfə güclü olan Azərbaycan ordusu ilə döyüşə göndərir.
Görünən budur ki, nəinki hərbi texnika, həmçinin canlı qüvvə sarıdan ciddi problemlərlə üzləşmiş düşmən ölkədə artıq şəhər merləri də silahlanıblar. Bundan əvvəl Qarabğda yaralanan Mehrinin meri ağır vəziyyətdə İrəvana aparılıb. Bundan əvvəlki günlərdə Qarabağa döyüşməyə gələn “könüllülər” qəhrəman ordumuzun sərrast atəşi ilə gedər-gəlməzə göndəriliblər.
Buyursun, İrəvan meri də gəlsin…
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı