“Reket” jurnalist məhkəmə qarşısına çıxarılıb. O, etdiklərini xatırlamadığını söyləyirdi.

Minval.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində reketlik fəaliyyətində təqsirləndirilən “İrəvan Press” qəzetinin baş redaktoru Azər Abbasovun məhkəməsi keçirilib.

Hakim Zeynal Ağayevin icraatında olan prosesdə hökm oxunub.

Hökmə əsasən A.Abbasov şərti cəza alıb və məhkəmə zalından azadlığa buraxılıb.

Rəsmi açıqlamaya görə, Bakı və regionlardan daxil olmuş ərizələrə əsasən və Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan araşdırmalar nəticəsində “İrəvan Press” qəzetinin və informasiya saytının baş redaktoru Abbasov Azər Arif oğlu (Azər Naxçıvani) xidmətə dəvət olunaraq hədə-qorxu yolu ilə tələb etmə cinayət əməlində ittiham olunaraq saxlanılıb, barəsində Səbail rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.