İlon Mask zənginlər siyahısında üçüncü pilləyə qalxıb
“Tesla” və “SpaceX” kimi qabaqcıl texnologiya şirkətlərinin təsisçisi İlon Mask dünyanın ən zəngin şəxslərinin siyahısında üçüncü yeri tutur.
“Report” xəbər verir ki, “Bloomberg”in təqdim etdiyi siyahıda varidatı 115,4 milyard dollara çatan İ.Mask 110,8 milyard dollara malik “Facebook” sosial şəbəkəsinin təsisçisi Mark Zukerberqi dördüncü yerə sıxışdıra bilib. Belə ki, bu il “Tesla” şirkətinin səhmləri 6 dəfəyə yaxın bahalaşması nəticəsində 49 yaşlı Maskın varidatı 87,8 milyard dollar artıb.
Siyahıda birincilik isə “Amazon” onlayn alış-veriş portalının rəhbəri, varidatı 200 milyard dollar məbləğində dəyərləndirilən Cef Bezosa aiddir. İkinci yerdəki “Microsoft” şirkətinin təsisçisi Bill Geytsin 125 milyard dolları var.
Bununla yanaşı, C.Bezosun keçmiş həyat yoldaşı Makkenzi Skott da 66,4 milyard dollarla dünyanın ən zəngin xanımı olub. Bu siyahıda ikinci yeri “L’Oreal” şirkətinin banisi Ejen Şullerin nəvəsi Fransuaza Betankur-Mayers tutur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
AMB iqtisadi artım proqnozlarını yeniləyib
Azərbaycan mərkəzi bankının valyuta məzənnələri (31.07.2026)
Azərbaycanda əhalinin gəlirləri 15 % artıb
Maaşa əlavələri necə almaq olar? - Açıqlama
Sabah Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Türkiyəyə ianələrlə bağlı Azərbaycan banklarından QƏRAR