İlham Əliyev sərəncam imzaladı
Prezident İlham Əliyev Bakı şəhəri ərazisində yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Minval.info-nun xəbərinə görə, sərəncamda deyilir ki, Bakı şəhəri ərazisində Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 45,0 (qırx beş) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamın göstərilən məbləğdə maliyyələşməni, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
AMB iqtisadi artım proqnozlarını yeniləyib
Azərbaycan mərkəzi bankının valyuta məzənnələri (31.07.2026)
Azərbaycanda əhalinin gəlirləri 15 % artıb
Maaşa əlavələri necə almaq olar? - Açıqlama
Sabah Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Türkiyəyə ianələrlə bağlı Azərbaycan banklarından QƏRAR