"İdman TV"nin şərhçisi Türkiyədə gündəm oldu - VİDEO
Türkiyə millisi ötən axşam “AVRO-2020″nin seçmə mərhələsində növbəti oyununu keçirib.
Qardaş ölkə millisi səfərdə Fransa ilə qarşılaşıb. Hamı bu oyunda meydan sahiblərinin asan qələbə qazanacağını proqnozlaşdırsa da, “ay-ulduzlular” çətin səfər oyunundan bir xalla qayıda bilib.
Hesabı 76-cı dəqiqədə meydan sahiblərindən Oliver Jiru açıb. 82-ci dəqiqədə isə Türkiyə millisindən Kaan Ayhan bərabərliyi təmin edib – 1:1.
Hesab bərabərləşən zaman “İdman TV”də oyunun şərh edən Ramiz Mirzəzadənin qol sevinci Türkiyə mediasının da diqqətindən yayınmayıb. fanatik.com həmin epizodun videosunu “Kaan Ayhanın qolunu bir də belə izləyin! Azərbaycanlı şərhçi çıldırdı…” başlığı ilə yayımlayıb.
Qeyd edək ki, Türkiyə və Fransa milliləri 8 turdan sonra 19 xal toplayıb. Türklər top fərqinə görə ilk pillədə qərarlaşıb.
///Offsideplus.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı