"Huawei"in yaradıcısından açıqlama
ABŞ Ticarət Nazirliyinin Çinin “Huawei” telekommunikasiya şirkətinə verdiyi 90 günlük lisenziya şirkət üçün böyük əhəmiyyət kəsb etmir.
ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu “Huawei”in qurucusu Jen Çjenfey deyib.
Onun sözlərinə görə, Çin istehsalçısı Birləşmiş Ştatların tətbiq etdiyi qadağalarla mübarizə aparmağa hazırdır.
“Şirkət çip istehsalını Amerika istehsalçıları qədər yaxşı bacarır. Ancaq bu o demək deyil ki, “Huawei” ABŞ-dan çip almayacaq. Şirkət Amerika istehsalı olan çiplərin istifadəsini istisna etmir. Biz dünyadan təcrid oluna bilmərik”, – Çjenfey belə deyib.
Qeyd edək ki, şirkətin adı ABŞ tərəfindən qara siyahıya salındıqdan sonra “Google” şirkəti “Huawei”in istehsal etdiyi mobil qurğularda “Android” əməliyyat sistemlərinin yenilənmələrini dayandıracağını bəyan edib. Bunun cavabında isə Çin tərəfi özünün “Hongmeng” əməliyyat sistemini yaradacağını açıqlayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək