Honkonqda 1 milyondan çox insan küçələrə çıxdı
Honkonqda polis nümayişçilərə qarşı gözyaşardıcı qaz və dəyənəkdən istifadə edib.
ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “RTHK” telekanalı məlumat yayıb.
Polisin qənaətinə görə, aksiyalarda təxminən 240 min etirazçı iştirak edib. Polis aksiya fəallarından yeddisini saxlayıb.
Bildirilir ki, etirazçılar asayiş keşikçilərinə butulkalar atıb. Polis isə bunun cavabında dəyənəkdən və gözyaşardıcı qazdan istifadə etməli olub. Nəticədə iki polis əməkdaşı yaralanıb. Onlardan birinin gözündən ciddi xəsarət aldığı deyilir. Qarşıdurmalarda yerli telekanalların bir neçə jurnalisti və operatorları da xəsarət alıb.
“South China Morning Post” qəzetinin yazdığına görə, bəzi etirazçılar yolları bağlamaq və polisin hərəkətinə mane olmaq üçün metal çəpərlərdən istifadə edib. Sonradan bu çəpərlər məişət tullantıları konteynerləri və yol nişanları ilə daha da möhkəmləndirilib.
Qeyd edək ki, Honkonqda yeni qanun layihəsi yüz minlərlə insanın etirazı ilə qarşılanıb. Qanun layihəsi məsuliyyətdən yayınaraq gizlənən şübhəli şəxslərin ekstradisiyasını nəzərdə tutur.
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək