“Hiyləgər, çıx buradan” - Zelenski məmuru belə qovdu - Video
Ukrayna Prezidenti Vladimir Zelenski Borispolda Şəhər Şurasının katibi Yaroslav Qodunoku rəsmi görüşü tərk etməyi tələb edib.
“Qafqazinfo”nun “RBK-Ukraina” portalına istinadən verdiyi xəbərə görə, Zelenski spikerin çıxışına qulaq asarkən Qodunok onun sözlərini kəsib. Prezident isə məmura ayağa qalxmağı, telefonunu söndürməyi və kürsüyə çıxmağı təklif edib.
Daha sonra Zelenski sözü digər iştirakçıya verib. Bir neçə dəqiqə sonra üzünü Qodunoka tutaraq deyib: “Kimsə yüksək səslə qışqıranda mən o şəxs barəsində internetdə məlumat tapmağı xahiş edirəm. İndi oxudum ki, “Batkıvşina” partiyasının üzvü, Borispol Şəhər Şurasının katibi daha öncə soyğunçuluq edərək ağır yaralanmaya səbəb olma maddəsi üzrə ittiham olunaraq məhkumluq həyatı yaşayıb. Deyin görüm, bu, düzdür, yoxsa yalan? Yaroslav Nikolayeviç, bu, sizsiniz?”.
Az sonra o, məmurdan otağı tərk etməyi tələb edib: “Çıxın buradan. Çıx burdan, hiyləgər”.
Yaroslav məkandan ayrıldıqdan sonra Zelenski tədbir iştirakçılarından üzr istəyərək “Sadəcə banditləri sevmirəm”,- deyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb