Hikmət Hacıyev: “Ermənistan çoxsaylı hərbi və insanlıq əleyhinə cinayətlər törədib”

“Ermənistan çoxsaylı hərbi və insanlıq əleyhinə cinayətlər törədib”.
APA-nın məlumatına görə, bunu Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayət işlərinin istintaqının ilkin nəticələrinə dair brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev deyib ki, bu cinayətlər Ermənistanın hərbi-siyasi rəhbərliyi və qondarma rejimin guya rəhbəri olan şəxslər tərəfindən həyata keçirilib: “Çıraqov işində də qeyd olunduğu kimi, Ermənistan işğalı həyata keçirən dövlət kimi məsuliyyət daşıyır. Ermənistan silahlı qüvvələri hərbi təcavüz missiyasını həyata keçirir. Ermənistan ərazisindən raketlərin atılması və mülki əhalinin ölümü də Ermənistanın məsuliyyətini təsdiqləyir. Bu gün döyüşlərdə iştirak edənlərin də əksəriyyəti Ermənistan vətəndaşlarıdır. Ermənistan hərbi təcavüzü həyata keçirən tərəf kimi məsuliyyət daşıyır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı