Hicablı modelin reklama çəkilməsi Rusiyanı qarışdırdı – Video
Rusiyada məşhur geyim brendlərindən “Gloria Jeans”in hicablı qadınları reklama çəkməsi ölkədə səs-küyə səbəb olub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, geyim markasının ölkədə ilk dəfə hicabı reklam etməsi narazılıqla qarşılanıb. Yeni mövsüm dəbinin yer aldığı videoda hicablı qadınlar da çəkilib. Reklam yayımlandıqdan sonra əksəriyyət görüntülərdə hicaba yer verilməsini tənqid edib və bunun Rusiya adət-ənənələriə uyğun olmadığını müdafiə edib. Hətta markanın sosial şəbəkələrdəki hesablarını boykot etmək üçün kampaniya da başladılıb.
Markanın qurucusu Vladimir Melnikov yaşanan qalmaqaldan sonra açıqlama verib. Rusiyada 30 milyona yaxın müsəlmanın yaşadığına diqqət çəkən Melnikov “Rusiya çoxmillətli dövlətdir. Hicablı modelin reklama çəkilməsinin səbəbi brend olaraq bütün insanlara xitab etdiyimizin göstəricisidir. Bundan başqa, İslam dininə inananlara da hörmət göstərilməlidir”.
https://www.youtube.com/watch?v=WPA5yPH4asA
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Husilərdən Səudiyyə Ərəbistanının Aramco şirkətinə hücum
32 azərbaycanlı Almaniyadan geri qaytarıldı
Ukrayn zərbələri Yandeksin data mərkəzlərinə zərbə vurub
Səudiyyə Ərəbistanı Husi hücumları səbəbindən uçuşları dayandırır
Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində itkilər
