Heyvanlara işgəncə verənlərə ağır cərimələr!
Heyvanlara qarşı zorakılıq və işgəncə halları qanunla ciddi şəkildə cəzalandırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsinə əsasən, heyvanlara ağrı, əzab və işgəncə vermək, onları döymək və ya döyüşdürmək 500 manatdan 800 manatadək cərimə ilə nəticələnə bilər.
Minval.info xəbər verir ki, əgər bu hərəkətlər nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilərsə, cərimənin məbləği 800 manatdan 1000 manatadək artır. Heyvanın şikəst edilməsi halında isə cərimə 1000 manatdan 1500 manatadək ola bilər. Əgər heyvana qarşı edilən zorakılıq onun tələf olması ilə nəticələnərsə, cərimə 1500 manatdan 2000 manatadək artırılır və bir ayadək inzibati həbs də tətbiq edilə bilər.
Bundan başqa, heyvanlarla rəhmsiz rəftarın təbliğ edilməsi, belə davranışa açıq çağırışlar edilməsi və bu cür görüntülərin kommersiya məqsədilə istifadəsi də ayrıca məsuliyyət yaradır. Bu əməllərə görə 1000 manatdan 1500 manatadək cərimə və ya müəyyən hallarda bir ayadək inzibati həbs tətbiq edilə bilər. Bu qanunlar heyvanların hüquqlarını qorumaq məqsədi daşıyır və onların küçədə yaşaması zorakılığa haqq qazandırmır.
Hadisənin şahidi olan şəxslər öz təhlükəsizliklərini nəzərə alaraq mümkün sübutları, o cümlədən foto və video görüntüləri qoruyaraq aidiyyəti qurumlara məlumat verə bilərlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Salyanda ailə faciəsi: ana həyatını itirdi, ata və gəlin yaralandı
Səday Alıyevə qarşı cinayət işi: Üç milyon manatlıq mənimsəmə ittihamı
Bakıda restoranda qətlə yetirilən "Ceyhun Sabunçu"nun əsl adı Cəlaldır
Zahid Oruc Arzuxan Əlizadənin oğlunun adı keçən qətl hadisəsindən danışdı
Deputatın oğlunun adı qarışdığı qətl hadisəsi ilə bağlı yeni məlumatlar
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı