Heydər Əliyev Daşkənddə anılıb - Fotolar
Mayın 21-də Özbəkistanda olan Azərbaycan nümayəndə heyəti mərhum prezident Heydər Əliyevin paytaxt Daşkənddəki abidəsini ziyarət edib.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevin də qatıldığı tədbirdə Milli Məclisin üzvləri Elman Nəsirov, Aydın Hüseynov, Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədov, Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinin müəllimi Səftər Rəhimli, Özbəkistandakı Azərbaycan icmasının nümayəndələri, media təmsilçiləri iştirak edib.
Abidəyə çiçək dəstələri qoyulub, Heydər Əliyevin Azərbaycan tarixindəki yeri və rolu haqqında çıxışlar dinlənib.
Tədbir iştirakçıları mərkəzdə Heydər Əliyevlə bağlı sərgilənən fotolarla tanış olub, fəxri qonaqlar kitabına ürək sözlərini yazıblar.
Mərasimin sonunda isə qonaqları milli geyimdə olan qızlar salamlayıb, birlikdə xatirə şəkli çəkdiriblər.
Ardınca isə tədbir iştirakçıları Azərbaycanın Özbəkistandakı səfirliyində olublar. Hüseyn Quliyev qonaqları səfirliklə tanış edib, Özbəkistanda gördükləri işlər, qarşıdakı tədbirlər barəsində söz açıb.





















Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ