“Heç-heçəyə görə futbolçularımıza mükafat verilib” - AFFA-dan rəsmi açıqlama
AFFA “Avro-2020”nin Xorvatiya ilə seçmə mərhələ (1:2) və Litva ilə yoldaşlıq oyunlarına (0:0) görə milli üzvlərinə mükafat verilməsi ilə bağlı xəbərə münasibət bildirib.
Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentin rəhbəri Firuz Abdulla AZXEBER.COM-a açıqlamasında futbolçuların mükafatlandırıldığını təsdiqləyib. Ancaq o, mükafatın xorvatlara məğlubiyyətə yox, litvalılarla Bakıdakı heç-heçəyə görə verildiyini söyləyib:
“Mükafatın məbləği ilə bağlı isə heç nə deyə bilmərəm. Bunu futbolçuların özləri ilə dəqiqləşdirin. Amma onu da nəzərə alın ki, AFFA milli komandanın futbolçularına maaş vermir. Yalnız nəticə olanda onlar mükafatlandırılırlar”.
Qeyd edək ki, Qol.az saytı daha əvvəl AFFA-nın son iki oyuna görə millinin hər bir üzvünə 5000 manat (2 min Xorvatiya, 3 min isə Litva ilə oyun üçün) pul mükafatı verməsi ilə bağlı məlumat yayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı