“Əhalinin günahı yoxdur, onları aldadıblar” - Elman Rüstəmov
Mərkəzi Bankın sədri Elman Rüstəmov bağlanmış banklarda əmanətçilərlə bağlı yaranmış problemə münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, E. Rüstəmov qeyd edib ki, qurumun bu gün də əmanətçilərlə görüşü olub: “Onlara izahlar edildi. Bilirsiniz ki, “Atabank”da nəzarət dövrü Mərkəzi Bankda deyildi. NBC bankda bankın kapitalı diqqətimizi cəlb etdi. Yoxlama zamanı gördük ki, bank əmanətləri qəbul etməkdə davam edib. Ancaq bunu gizlədib. Bankın lisenziyası geri çağırılanda requlyatorun tələblərinə cavab verməyib. Maliyyə xidmətləri göstərdiyi əhalini aldadıb. “Azəriqazbank”da daha mürəkkəb olub. Qorunan əmanətlərin səviyyəsi limitdən aşağı olub. Ancaq elə şərtlər qoyublar ki, bunlar qorunan əmanət statusu kimi nəzərə alınıb.
Biz hökumətə, hökumət Konstitusiya Məhkəməsinə müraciət etdi. Biz əhalinin mənafeyi qorunan ətraflı rəylə cavab verdik. Əhalinin bu məsələdə günahı yoxdur. Bank menecerləri əhalini aldadıb. Əhalinin hüquqları bərpa olunmalıdır. Konstitusiya Məhkəməsiylə daim kontaktdayıq. Son məlumata görə, qərar 1 həftə-10 gün çəkə bilər. Biz çox nikbin qərara ümid edirik. Əhaliyə təmkinli olmağı tövsiyə edirik. Lakin artıq prosesin sonundayıq. Məhkəmə artıq olub”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
AMB iqtisadi artım proqnozlarını yeniləyib
Azərbaycan mərkəzi bankının valyuta məzənnələri (31.07.2026)
Azərbaycanda əhalinin gəlirləri 15 % artıb
Maaşa əlavələri necə almaq olar? - Açıqlama
Sabah Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Türkiyəyə ianələrlə bağlı Azərbaycan banklarından QƏRAR