Həsən Ruhani ABŞ və Avropa ölkələrinə müraciət edib
“ABŞ regionda “odla oynamağa” hələ bir il öncə başlayıb”.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında çıxışı zamanı deyib.
İran prezidenti ABŞ və Avropa ölkələrinə müraciət edərək, onları BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini icra etməyə çağırıb: “Əgər siz bunu etməsəniz, biz 60 gün bitdikdən sonra növbəti addımlarımızı atacağıq”.
H. Ruhani bildirib ki, iyulun 7-dən Ərak reaktoru ilə bağlı bütün öhdəliklər proqrama uyğun həyata keçirilməsə, İran reaktorun fəaliyyətini əvvəlki şəraitə qaytaracaq.
“Biz İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planına o vaxt sadiq qalacayıq ki, qarşı tərəf öz öhdəliklərini yerinə yetirsin”, – H. Ruhani qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək