Həkim məsləhəti: Karantin zamanı tez-tez cinsi əlaqədə olun - VİDEO
Doktor və teleaparıcı Yevgeni Komarovski insanlar üçün uzun karantin müddətinin səbəb olacağı mənfi nəticələrdən danışıb.
BAKU.WS xəbər verir ki, ukraynalı həkim izolyasiyanın əsas təhlükələrini “Big Money” adlı “You Tube” kanalına müsahibə zamanı izah edib.
Onun sözlərinə görə, karantin zamanı insanların edə biləcəyi ən təhlükəli şey, fiziki aktivliyi həyatlarından kənarlaşdırmaqdır. O, izləyiciləri əllərində olan hər hansı fəaliyyətlə məşğul olmağa, xüsusən də cinsi əlaqəyə tez-tez girməyə çağırıb.
ƏLAQƏLİ
Sea Breeze yolunda kilometrlərlə tıxac: Sürücülər saatlarla yollarda qaldı — VİDEO
“Evi təmizləyin – mümkün qədər hərəkət edin. Hər gün rəqs edin, mahnı oxuyun, əgər gücünüz varsa, gündə iki dəfə cinsi əlaqədə olun”,-deyə həkim məsləhət verib.
Yevgeni Komarovski həmçinin insanları az yeməyi də tövsiyə edib: “Karantin əla fürsətdir ki, uşaqlarla və yaşlı qohumlarla ünsiyyət qurulsun. 30 ildir birlikdə yaşayan analarınız və atalarınız artıq çox danışıblar. Birlikdə olmaq onlar üçün çox çətindir. Yemək yeyərkən televizoru yandırmayın və ailənizlə nahar vaxtı da ünsiyyət qurun”.
https://www.youtube.com/watch?v=uYiINUMSGh8&feature=emb_title
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Dirilən Adam” serialı - Tezliklə AZTV-də (VİDEO)
Qadın müəllimin geyimi sosial mediada müzakirələrə səbəb oldu - VİDEO
SON DƏQİQƏ! Türkiyədə təyyarə qəzaya uğradı - Ölənlər var - VİDEO