Həddən artıq mehriban ayını turistlərə görə öldürdülər - Qəribə açıqlama
ABŞ-ın Oreqon ştatı, Vaşinqton dairəsində insanlarla münasibətdə “həddən artıq mehriban” olan qara ayı balası öldürülüb. Bu barədə Sputnik Azərbaycan “The Mirror” nəşrinə istinadən xəbər verir.
İyunun ortalarıında iki ziyarətçi Skoggins-Velli parkının nümayəndələrinə qara ayı gördüklərinə dair zəng vurub. Ştat rəhbərləri turistlərə “ayı balasının ürəyəyatan” görünüşünə aldanıb ona yaxınlaşmamaları və onunla “selfie” çəkməmələrinə dair xəbərdarlıq edib. Buna baxmayaraq, bir neçə şəxs ayı ilə şəkil çəkdirib və ona yemək verib.
https://twitter.com/WCSOOregon/status/1139001542076321793
Daha sonra hadisə yerinə bioloqlar Kurt Laysans (Kurt License) və Duq Kitçen (Doug Kitchen) gəliblər. Onlar ayını tutub başqa yerə köçürməli imişlər. Bioloqlar 45 kiloqramlıq ayı balasını turistlərin verdiyi qarğıdalı və günəbaxan dənələrini yediyi məqamda aşkarlayıblar. Onları görən heyvan qorxub, qaçıb. Bioloqlar ayını haqlayaraq öldürüblər.
Bioloq Laysans bildirib ki, heyvanları yemləmək pis ideyadır: “Onlar özlərinin qayğısına qala bilirlər”. O izah edib ki, ayını bir dəfə yemləyən kimi heyvan insanı yeməklə assosiasiya edir və böyük ehtimalla gələcəkdə onlara hücum edəcək.
Vaşinqton dairəsinin polis departamentinin əməkdaşı vurğulayıb ki, “hadisənin bu cür məcraya yönəlməsindən təəssüflənir”.
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək