Həbs edilən icra başçısı vəzifəsindən azad edildi - Sərəncam
Prezident İlham Əliyev həbs edilən icra başçısıyla bağlı sərəncam verib.
Minval.info xəbər verir ki, sərəncama əsasən, Nizaməddin Məhəmməd oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Qeyd edək ki, dekabrın 18-i Ağstafa icra başçısı Nizaməddin Quliyev, müavini Ramiz Tatarov və Yevlaxın sabiq başçısı Qoca Səmədov saxlanılıb. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.
Hazırda iş üzrə cinayətin digər iştirakçılarının müəyyənləşdirilərək istintaqa cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda ərəb turist evdə görüşdüyü qızı döydü
Prodüser Təranə Səmədova azadlığa buraxıldı
Zahid Oruc: ”Sülh istəyən erməni Qarabağda dinc yaşamaq istəyirsə...”
Volodimir Zelenski Avropa ölkələrinə xəbərdarlıq edib
DTX-dən xüsusi əməliyyat: Üç yüksək vəzifəli şəxs həbs edildi - RƏSMİ
Leyla Abdullayeva İran səfiri ilə görüşdü