Gürcüstandan Rusiya ilə bağlı bəyanat
“Rusiya ilə möhkəm iqtisadi əlaqələrin olması sülh prosesinə töhfə verir”.
APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Trunava jurnalistlərə açıqlamasında belə deyib. O, bildirib ki, Rusiya bazarları da daxil olmaqla regionda bir sıra ənənəvi bazarların olması iqtisadi reallıqdır və bu bazarlara çıxış hər bir ölkə üçün arzu ediləndir.
“Bu praqmatizmdir və biznes məntiqidir. Bu bazarlarda gürcü şərabı, Gürcüstanın turizm imkanları barədə əlavə reklamlar edilməsinə ehtiyac yoxdur. Bu tarixən belə olub və biz siyasi gündəliyimizdə bu kimi məsələləri inkar etmirik. Bundan başqa Rusiya ilə iqtisadi əlaqələrin bizim ərazi bütövlüyümüzə və milli maraqlarımıza zidd olması mifdir. Biz Rusiya ilə daha güclü iqtisadi əlaqələrə sahib olacağıq. Çünki biz problemin sülh yolu ilə həll edilməsi yolunu seçmişik”, – deyə N.Trunava bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək