Gürcüstanın Baş naziri: “Avropada Azərbaycandan sonra ən ucuz qaz bizdədir”
“Gürcüstan Avropada təbii qazın qiymətinə görə Azərbaycandan sonra II və yaxud III yerdədir”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında deyib.
Onun sözlərinə görə, Avropada qaz kəskin bahalaşsa da, Azərbaycanla imzalanmış müqavilələrə əsasən ölkədə qiymətlər çox aşağıdır: “Buna görə də hamını məsuliyyətli olmağa və vətəndaşlar arasında yanlış fikir yaratmamağa çağırıram”.
İ.Qaribaşvili qeyd edib ki, bütün dünyada olduğu kimi, Gürcüstanda da inflyasiya və qiymət artımı problemdir: “Gürcüstan əlbəttə ki, istisna ola bilməz. Belə ki, Gürcüstan dünya bazarının üzvü olan kiçik iqtisadiyyata malik kiçik ölkədir”.
Hökumət başçısı ölkədə benzinin qiymətinə də münasibət bildirib. O deyib ki, Gürcüstan yanacağın qiymətinə görə dünyada 100-cü yerdədir: “Biz nə qaz, nə də neft istehsalçısıyıq. Gürcüstan idxaldan asılı ölkədir. Vətəndaşları təxribatlara uymamağa çağırıram”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərə əlavə maaş: Sertifikatlaşdırmada yeni mərhələ
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat: Ruslan Ənvərli şöbə müdiri oldu
Qusar icra hakimiyyəti bayraqlara 12 min xərcləyir
Müəllimlərin maaşı 35% artacaq: 31 min nəfər faydalanacaq
Şirkət rəhbəri şəhid anasına borcunu ödəmədi?
Yeni Ay üç bürcə maliyyə uğuru gətirir
Xırdalanda daş sexinə görə 2 500 manat cərimə