Gürcüstanda Putini təhqir edən aparıcı efirdən uzaqlaşdırılıb
“Rustavi 2” telekanalı Rusiya prezidenti Vladimir Putinin ünvanına təhqiramiz ifadələr işlədən aparıcı Giorgi Qabunianı 2 ay müddətinə efirdən uzaqlaşdırıb.
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə telekanal məlumat yayıb.
Bildirilib ki, iyulun 7-də yayımlanan proqramı təkrar gözdən keçirən telekanalın özünütənzimləmə orqanı G. Qabunianın 2 ay müddətinə kanalın efirindən uzaqlaşdırılmasına qərar verib.
Bundan başqa, aparıcının telekanalın efirində yayımlanan istənilən proqramda iştirakı da qadağan edilib.
Qeyd edək ki, ötən gecə “Rustavi 2” telekanalının aparıcısı G. Qabunia aparıcısı olduğu verilişdə Rusiya prezidenti Vladimir Putinin ünvanına təhqiramiz ifadələr işlədib. Bundan sonra telekanalın binasının qarşısında etiraz aksiyası keçirilib və yayımının dayandırılması tələb edilib. Aksiya səbəbi ilə baş direktor Nika Qvaramia yayımının dayandırıldığını bəyan edib. Bu gün səhər saat 07:30-də telekanal yayımını bərpa edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Suriyada İŞİD-in 50-dən çox terrorçusu məhv edilib
Kraliçadan “Brexit”lə bağlı qadağa
Bu ölkə tam vaksin vurulan əhalinin sayına görə liderdir
Nəhəng naməlum canlı sahildə ölü vəziyyətdə tapıldı – FOTOLAR, VİDEO
Zelenskidən oğluna qadağa
Əfqanıstandan Azərbaycana qaçqın kimi müraciət edən olub? - RƏSMİ
Fransda təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb