Gürcüstanda fövqəladə vəziyyət rejimi sabah başa çatacaq
Gürcüstanda fövqəladə vəziyyət rejimi sabah başa çatacaq.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Georgi Qaxaria bildirib.
Onun sözlərinə görə, hökumət fövqəladə vəziyyət rejiminin yenidən uzadılması üçün prezidentə müraciət etməyəcək: “Epidemioloji vəziyyəti dərindən təhlil etdikdən sonra Gürcüstan hökuməti fövqəladə vəziyyət rejiminim mayın 22-dən sonra uzadılması üçün prezidentə və parlamentə müraciət etməmək qərarına gəldi”.
G. Qaxaria qeyd edib ki, fövqəladə vəziyyət qaldırılacaq, lakin tətbiq edilən məhdudiyyətlər dərhal qaldırılmayacaq: “Epidemioloqların fikrincə, risklərə nəzarətin yüksək səviyyədə olması üçün məhdudiyyətlərin bir hissəsi qalmalıdır. Bununla əlaqədar parlamentə fövqəladə vəziyyət elan etmədən epidemiya və riskləri idarə etməyə imkan verəcək qanunvericilik dəyişikliklərini müzakirə etməyə başlamağı xahiş edirik”, deyə Giorgi Qaxaria bildirib.
Qeyd edək ki, Gürcüstanda martın 21-dən etibarən fövqəladə vəziyyət rejimi tətbiq edilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi