Gürcüstana gedənlərin diqqətinə: Qripə yoluxma...

Gürcüstana səfər təhlükəsiz olaraq qalır.
Report-un verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyası və Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin yaydığı birgə bəyanatda vurğulanıb.
Bəyanatda bildirilib ki, Gürcüstanda qripə yoluxma ilə bağlı mətbuatda həddən artıq məlumatlar yayılıb:
“Gürcüstan hökuməti mövsümi yoluxmaların qarşısını almaq üçün sistematik tədbirlər həyata keçirir. Yoluxma riski mövsümi normalar çərçivəsindədir. Son məlumatlara əsasən, 100 min sakin arasında 251 yoluxma halı qeydə alınıb və bu halların azalma tendensiyası müşahidə olunur. Mövsümi qriplə bağlı yoluxma hallarının artacağı gözlənilmir”.
Qeyd olunub ki, Ümumdünya Səhiyyə Təşkilatı Gürcüstanda mövsümi qriplə bağlı ölkəyə səfərlərlə bağlı hər hansı bir tədbir və ya məhdudiyyətin tətbiqini məsləhət görməyib.
Gürcüstanın Milli Turizm Administrasiyası və Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzi ölkəyə səfər edənlərə hər hansı bir xəstəliyə yoluxmamaq üçün ümumi gigiyena qaydalarına riayət etməyi tövsiyə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi