Gürcüstan parlamentinin sədrinin istefası tələb olundu
Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze Tbilisidə baş verən hadisələrlə əlaqədar Azərbaycana səfərini yarımçıq qoyaraq, Gürcüstana qayıdıb.
“Georgia Online” xəbər verir ki, oTbilisiyə qayıdan kimi istefa haqda bəyanat verəcək. İstefa ilə bağlı qərarın artıq qəbul edildiyi bildirilir.
Bu gün Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı qurumun prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Qavrilovun parlament sədrinin kürsüsündə əyləşərək iclasa sədrlik etməsi etirazlara səbəb olub.
Dünyanın 25 ölkəsindən 100-dən artıq nümayəndənin iştirak etdiyi tədbirdə yaşanmış bu protokol səhvinə görə, ictimaiyyət nümayəndələri və siyasətçilər Kobaxidzenin istefa verməsini tələb ediblər.(oxu.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yaponiyada ilk dəfə “amansız isti gün” xəbərdarlığı verildi
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür