Gürcüstan KİV: Kvemo Kartli qubernatoru vəzifəsini tərk edir
Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli (Borçalı) bölgəsinin qubernatoru Şota Rexviaşvili istefa verməyə hazırlaşır.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə regional “TV4” telekanalı məlumat yayıb.
Bildirilib ki, Ş.Rexviaşvili fəaliyyətini Gürcüstanın barışıq və vətəndaş bərabərliyi üzrə dövlət nazirinin idarəsində davam etdirəcək.
Onun yerinə müavini Giorgi Doxturaşvilinin təyin olunacağı ehtimal edilir.
Qeyd edək ki, Ş.Rexviaşvili 2018-ci ildən Kvemo Kartlinin qubernatoru olub. O, 2014-cü ildən qaçqınların işi və yerləşdirilməsi məsələləri üzrə nazir müavini, 2012-2013-ci illərdə Gürcüstan baş prokurorunun müavini, 2004-2088-ci illərdə isə Kvemo Kartli bölgəsinin prokuroru vəzifələrində çalışıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İstanbul hava limanında uçuşlar təxirə salınıb
Fətullah Gülənin qardaşı qızı Fatma Nur Gülən saxlanılıb
Türkiyə İraqın şimalında 3 terrorçunu zərərsizləşdirib
Rusiyada növbəti təyyarə qəzası: Ölən var
Gürcüstan Prezidentinin Azərbaycana rəsmi səfərinin proqramı açıqlanıb
Gürcüstanda son sutkada koronavirusdan 45 nəfər ölüb
Türkiyədə son sutkada koronavirusdan 27 949 nəfər sağalıb