Gürcü aparıcı efirdə Putini təhqir etdi: Prezident Zurabişvili və Baş nazirdən açıqlamalar
Gürcüstanın “Rustavi-2” telekanalında yayımlanan “P.S.” müəllif verilişinin aparıcısı Gergi Qabuniya efirdə Rusiya Prezidenti Vladimir Putini təhqir edib.
Oxu.az xəbər verir ki, aparıcının bu hərəkəti siyasi gərginliyə səbəb olub.
Artıq məsələ ilə bağlı Gürcüstanın Baş naziri Mamuka Baxtadze və Prezident Salome Zurabişvili açıqlama veriblər.
Hökumət rəhbəri Qabuniyanı provakasiyada və xalqlar arasında nifaq toxumu səpməkdə günahlandıraraq tənqid edib.
Dövlət başçısı Zurabişvili isə vətənpərvərliklə aqressiv yanaşmanın bir-birinə uyğun olmadığını, bu cür çıxışların stabilliyin pozulmasına səbəb olma ehtimalını və iki ölkə arasında onsuz da gərgin olan münasibətlərin daha da pozulmasına xidmət etdiyini vurğulayıb. O, dövlət olaraq yollarının sülh yolu olduğunu deyib.
Maraqlıdır ki, “Rustavi-2” telekanalının rəhbəri Nika Qvaramiya əməkdaşını müdafiə edib: “Mən bu çıxış üçün üzr istəməyi düşünmürəm. Amma düşünürəm ki, hər nə qədər müəllif verilişi olsa da, efirdə senzuradan kənar ifadələr işlətmək doğru deyil”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Lənkəranda müəllimin meyiti quyuda tapıldı
Əhməd Əhmədzadənin oğlu Çexiyada daha bir şirkət açdı – FOTOLAR
İqbal Ağazadədən növbəti hücum - 35 saylı dairədə qan töküləcək?
Hərbi həkimlərin iştirakı ilə Türkiyədə Zəfər Günü qeyd olunub
Türk ordusu Bakıda - VİDEO