Günel Zeynalova ETİRAZ ETDİ: “Hər gedib-gəldikcə böyrək daşım silkələnir”
Müğənni Günel Zeynalova yaşadığı ərazidə yolların bərbad vəziyyətdə olmasından narazılığını ifadə edib. Minval.info xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında paylaşım edərək Mərdəkan qəsəbəsində bağ evinə gedən yolun təmir olunmasını istəyib.
Günel bildirib ki, yolun vəziyyəti gündəlik hərəkəti çətinləşdirir və bu səbəbdən aidiyyəti qurumlara müraciət edib.
“Bağımın yolunu göstərirəm. Hər gedib-gəldikcə böyrək daşım silkələnir. Nə olar ki, bu yolu düzəldəsiniz. Xahiş edirəm, Mərdəkan bölgəsindəki bu yolu təmir edin. Təmir zamanı vəziyyət daha da betər olub. Bu, biabırçılıqdır. Nə olar ki, yolu düzəltsəniz”, – deyə müğənni paylaşımında bildirib.
Qeyd edək ki, Günel Zeynalova bundan əvvəl də Xəzər Rayon İcra Hakimiyyəti nümayəndələrinə müraciət edərək Mərdəkan ərazisində yolların yararsız vəziyyətdə olduğunu diqqətə çatdırmışdı.
SOSİAL MEDİA MƏZMUNU
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır