Gündə iki butulka qazlı su içdi, iş qabiliyyətini itirdi
Malayziyanın Selanqor ştatının Ravanq şəhər sakini qazlı su asılılığına görə əllərini itirmək təhlükəsilə üzləşib.
56 yaşlı Mod Razin Məhəmməd hər gün ofisdə azı iki butulka qazlı su içib. Məhəmməd o qədər şəkərli içki qəbul edib ki, ofisdə üç dəfə huşunu itirib. Nəticədə, həddindən artıq şəkər qəbul etdiyinə görə kişidə şəkərli diabet yaranıb.
Məhəmmədə diaqnoz qoyulduqdan bir müddət sonra kürəyində nəhəng abses görünüb. Kişi qanqrena sağ əlinə yayıldıqdan sonra həkimə müraciət edib. Bu vaxt artıq yaranın altında sümük görünüb.
Həkimlər təcili əməliyyata başlayıblar. Onlar zədələnmiş dərini kəsib, çirki çıxarıb xəstəyə intensiv antibiotik kursu tətbiq ediblər. Nəticədə, malayziyalının əlini xilas etmək mümkün olsa da, o, iş qabiliyyətini itirib. Məhəmməd hazırda kürək ağrısından əziyyət çəkir.
Bundan başqa, kişi orqanizmindəki şəkərin səviyyəsini tənzimləyən dərman qəbul edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək