Gülnarənin mülkləri satışa çıxarılır - Siyahı
Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın Fransadakı mülkləri satışa çıxarılır.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, əldə ediləcək məbləğ Özbəkistana veriləcək.
Söhbət Parisdəki mənzil, Sen-Trop rayonundakı villa və Paris ətrafındakı qəsrdən gedir. Fransa istintaqı müəyyənləşdirilib ki, sözügedən obyektlər korrupsiya pulları ilə əldə edilib.
Fransa milli maliyyə prokurorluğunun prokuroru Nikolya Bayeto bildirib ki, Kərimovanın Fransa əmlakı ilə bağlı yekun qərarı Daşkənd bu il qəbul edib. Bunun üçün 18 ay danışıqlar aparılıb.
Özbakıstanın Fransanın alacağı yekun məbləğ hələ ki, məlum deyil. Gülnarənin Parisdəki mənzili ötən yazda hərracda 14 milyon avroya satılıb. Bu isə alış qiymətindən iki dəfə aşağıdır. Kərimovanın əmlakından əldə ediləcək məbləğdən iki milyon avro istintaq xərclərinin kompensasiyasına sərf olunacaq.

Qeyd edək ki, Fransada Gülnarə Kərimova barəsində istintaq 2014-cü ildə başlanıb. Fransa mətbuatının yaydığı xəbərlərə görə, Parisdəki mənzil 31 milyon avroya, villa 2,4 milyon avroya, qəsr isə 28 milyon avroya alınıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ